CƏMİYYƏT
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
Bakı, 28 aprel, AZƏRTAC
2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.
Xəsarət alan şəxs - 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu idarə etdiyi qreyderlə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Hüseynov Vidadi sağ əlindən xəsarətlər alıb.
Zərərçəkən şəxs rayon xəstəxanasına təxliyə edilib.
Mina partlayışı nəticəsində texnikaya zərər dəyib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [15:04]
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- 11.05.2024 [13:25]
Çinin Şansi əyalətinin nümayəndə heyəti AZƏRTAC-da olub VİDEO
- 11.05.2024 [13:01]
Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq
- 11.05.2024 [12:59]
AHİK sədri: Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir
- 11.05.2024 [11:31]